• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Kəpəz” Qəbələdə “Turan Tovuz”u məğlub etdi

İDMAN

22 Yanvar 2024 | 20:41 | Müəllif: Subhan Mahmudov

“Kəpəz” Qəbələdə “Turan Tovuz”u məğlub etdi

Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, günün son matçında "Kəpəz" Qəbələ şəhər stadionunda "Turan Tovuz"u qəbul edib.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 4-cü dəqiqədə qonaqların heyətində Ayxan Quseynov açıb. Gəncə təmsilçisi 25-ci dəqiqədə Şakir Seyidovla tablodakı rəqəmləri bərabərləşdirib. Oyunda yekun hesabı Martins Junior müəyyənləşdirib.

Günün əvvəlki matçında "Səbail" və "Zirə" qolsuz heç-heçə edib.

Qeyd edək ki, turun açılış oyununda "Sabah" və "Neftçi" qolsuz sülhə razılaşıb. Tura yanvarın 23-də keçiriləcək "Qəbələ" - "Sumqayıt", "Qarabağ" - "Araz-Naxçıvan" matçları ilə yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026