Almaniyanın "Bavariya" klubu baş məşqçisi Tomas Tuxellə bağlı qərarını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Münxen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, 50 yaşlı mütəxəssis mövsümün sonunda komandadan ayrılacaq.
Qeyd edək ki, Tuxel ötən ilin martında baş məşqçi təyin olunmuşdu.