• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub

İDMAN

21 Mart 2024 | 21:14 | Müəllif: Subhan Mahmudov

"Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub

"Qarabağ”ın U-14 komandası Belarusun paytaxtı Minskdə keçirilən “Naşe Buduşeye” (Bizim Gələcəyimiz) beynəlxalq turnirin qalibi olub.

Bakıvaxtı.az xəbər verir ki, Asif Əlizadənin baş məşqçisi olduğu komanda bu gün qarşılaşdığı iki rəqibini məğlub etməklə çempionluğunu rəsmiləşdirib.

Ağdam təmsilçisi yarımfinalda “Pskov”a, finalda isə BATE-yə 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, "Qarabağ"ın U-14 komandası daha əvvəl qrup mərhələsində Rusiya təmsilçiləri “Lavina”ya 6:0, “Rotor”a 2:0 hesabı ilə qalib gəlib, Belarus BATE-sinə uduzub - 0:1.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR