• Bakı 18° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.8442

    RUB - 0.019

FİFA prezidenti Premyer Liqa klublarını tənqid etdi

İDMAN

20 Aprel 2024 | 17:14

FİFA prezidenti Premyer Liqa klublarını tənqid etdi

FİFA prezidenti Canni İnfantino Premyer Liqa klublarının agentlərə pul xərcləmələrini tənqid edib.

Bakıvaxtı.az qaynarinfo-ya istinadən xəbər verir ki, qurum rəhbəri gənc oyunçuları yetişdirən və inkişaf etdirən klublara daha çox pul xərclənməli olduğunu söyləyib. 

FİFA-nın 2024-cü ilin hesabatında klubların son bir il ərzində agentlərə və vasitəçilərə ümumilikdə 409,5 milyon funt-sterlinq xərclədiyi açıqlanıb. 

İnfantino, İnstaqram hesabında bunu Avropa klublarının Premyer Liqadan gətirdikləri oyunçulara kompensasiya və həmrəylik ödənişləri üçün aldığı 30 milyon avro (25,8 milyon funt-sterlinq) ilə müqayisə edib. O, açıqlamasında, "Ödənişlər FIFA qaydaları ilə tənzimlənir və kifayət qədər gəlir əldə etmək üçün mübarizə aparan minlərlə az imtiyazlı klublara həyat verir.  Buna görə də bütün dünyada gənc oyunçuların inkişafı, məşq üçün şərait yaradılması və onlara şans verilməsi üçün çox vacibdir" - sözlərini söyləyib. 

FİFA-nın dekabr ayındakı hesabatında, 2023-cü ildə beynəlxalq transferlərdə agentlərin qonorarlarına xərclənən rekord 888 milyon dolların (702 milyon funt-sterlinq) demək olar ki, üçdə birinin ingilis klublarının payına düşdüyü bildirilib. FİFA agentlərin sövdələşmələrdən əldə edə biləcəyi məbləğləri məhdudlaşdırmağa çalışır. Lakin bir sıra hüquqi problemlər FİFA-nın səylərinin qarşısını alıb.

"FIFA-da şəffaflıq, hesabatlılıq və oyunun bütün səviyyələrində daha yaxşı yenidən bölüşdürülmə naminə agentlər də daxil olmaqla transfer sisteminə bəzi aydın və ədalətli qaydaları tətbiq etməyə çalışırıq. Buna görə bəzi agentlər tərəfindən məhkəməyə verildik, lakin FİFA öz mövqeyini müdafiə etməyə davam edəcək. Hökumətləri və qanunverici orqanları bizə qoşulmağa, transferlərdən əldə edilən vəsaitlərin futbolda saxlanmasını və bütün dünya klubları ilə paylaşılmasını təmin etmək üçün fəal rol oynamağa çağırıram, çünki onlar indiki və gələcək futbolçu nəsilləri üçün çox vacibdir” - deyə İnfantino bildirib.


SON XƏBƏRLƏR

27 May 2024