• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Azərbaycan millisi püşkatma mərasimində təmsil olunmayacaq

İDMAN

20 May 2024 | 11:38

Azərbaycan millisi püşkatma mərasimində təmsil olunmayacaq

Azərbaycanın futzal millisi İsveçrənin Nyon şəhərində təşkil olunacaq AVRO-2026-nın püşkatma mərasimində təmsil olunmayacaq.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Futbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Tədbir mayın 30-da gerçəkləşəcək.

Final mərhələsi 2026-cı ildə Latviyanın Kaunas və Litvanın Riqa şəhərlərində təşkil olunacaq Avropa çempionatının püşkatma mərasimində yığmamız III səbətdə yer alacaq.

Reytinq cədvəlinin 16-cı pilləsində qərarlaşan Azərbaycan yığması qrupunun ikinci komandası olacaq. III səbətdə yer alan komanlar qrup mərhələsində millimizin rəqibi olmayacaqlar.

Qeyd edək ki, 40 komanda (6 milli – Andorra, Avstriya, Bolqarıstan, Kipr, Malta və İsveçrə ilkin mərhələdən vəsiqə qazanıb) hər birində 4 iştirakçı olmaqla 10 qrupa bölünəcək. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Qrup qalibləri birbaşa, ən yaxşı göstəriciyə malik 8 qrup ikincisi isə pley-off (ev-səfər) oyunlarında üz-üzə gələcəklər. İki matçın yekununda üstün olan tərəf həlledici mərhələdə oynamaq hüququ əldə edəcək. Final mərhələsində bu iştirakçılara meydan sahibləri – Latviya və Litva da qoşulacaq və 16 milli Avropa çempionu olmaq uğrunda mübarizəyə başlayacaq. Komandalar UEFA-nın reytinq cədvəlindəki yerlərinə uyğun olaraq səbətlərə bölünüb.


SON XƏBƏRLƏR

26 Iyul 2024