• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

AVRO-2024: Türkiyə Gürcüstana qalib gəldi - VİDEO - YENİLƏNİB

İDMAN

18 Iyun 2024 | 22:05

AVRO-2024: Türkiyə Gürcüstana qalib gəldi - VİDEO - YENİLƏNİB

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda baş tutan Türkiyə - Gürcüstan matçında Türkiyə komandası 3:1 hesablı qələbə qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, yığmaya qələbə qazandıran qolları Mərt Müldür (25), Arda Gülər (65) və Kərəm Aktürkoğlu (90+7) vurub.

Gürcüstan millisinin yeganə qolunu isə 32-ci dəqiqədə Georgi Mikautadze rəqib qapısından keçirib.

***

21:29

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda baş tutan Türkiyə - Gürcüstan matçında Türkiyə komandası növbəti qolu vurub.

Bakıvaxtı.az xəbər verir ki, Arda Gülər 65-ci dəqiqədə fərqlənib.

Türkiyə millisindən daha əvvəl Mərt Müldür 25-ci dəqiqədə fərqlənib. Gürcüstan komandasının qolunu isə Georgi Mikautadze 32-ci dəqiqədə vurub.

***

21:24

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda baş tutan Türkiyə - Gürcüstan matçında ikinci hissəyə start verilib.

Bakıvaxtı.az xəbər verir ki, hazırda davam edən görüşdə hesab bərabərdir - 1:1.

Türkiyə millisindən Mərt Müldür 25-ci dəqiqədə fərqlənib. Georgi Mikautadze 32-ci dəqiqədə bərabərliyi təmin edib.

***

20:58

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda keçirilən Türkiyə - Gürcüstan matçında ilk hissə başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yollanıb.

Türkiyə millisindən Mərt Müldür matçın 25-ci dəqiqəsində fərqlənib. Georgi Mikautadze 32-ci dəqiqədə bərabərliyi təmin edib.

***

20:41

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda keçirilən Türkiyə - Gürcüstan matçında hesab bərabərləşib.

Bakıvaxtı.az xəbər verir ki, Corc Mixalkadze bərabərliyi təmin edib.

Türkiyə millisindən Mərt Müldür matçın 25-ci dəqiqəsində fərqlənib.

Görüş davam edir.

***

20:34

 Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda keçirilən Türkiyə - Gürcüstan matçında hesab açılıb.

Bakıvaxtı.az xəbər verir ki, Mərt Müldür matçın 25-ci dəqiqəsində gürcüləri cəzalandırıb.

Görüş davam edir.

***

20:02

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda mübarizəyə start verilib.

Bakıvaxtı.az-ın məlumatına görə, I turun Türkiyə - Gürcüstan metçı Bakı vaxtı ilə 20:00-da başlayıb.

Qarşılşamanı argentinalı hakim Fakundo Telyo idarə edir.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.


SON XƏBƏRLƏR