• Bakı 21° C

    1.43 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

"Fiorentina"dan İngiltərə klubuna keçdi

İDMAN

18 Iyul 2024 | 16:32

"Fiorentina"dan İngiltərə klubuna keçdi

İtaliyanın "Fiorentina" klubunun və Serbiya millisinin müdafiəçisi Nikola Milenkoviç İngiltərə təmsilçisi "Nottingem Forest"ə keçib.

Bakıvaxtı.az  İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ilə müddəti 2029-cu ilin yayına qədər olan müqavilə imzalanıb.

"Transfermarkt" portalının məlumatına görə, serbiyalının keçidi İtaliya klubuna 14 milyon avroya başa gəlib.

Qeyd edək kiİ, 2023/2024 mövsümündə N.Milenkoviç "Fiorentina" klubunun heyətində meydana çıxdığı 50 oyunda 2 məhsuldar ötürməyə imza atıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026