• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Fənərbağça” futbolçularının həbsi tələb edildi

İDMAN

17 Avqust 2024 | 09:25

“Fənərbağça” futbolçularının həbsi tələb edildi

Ötən mövsüm Türkiyə Superliqasının 37-ci həftəsində baş tutan “Qalatasaray” – “Fənərbağça” derbisindən sonra baş verən hadisələrlə bağlı istintaq başa çatıb.

Bakıvaxtı.az “NTV Spor”a istinadən xəbər verir ki, prokurorluq “sarı-lacivərdlilər”in futbolçusu Ceyden Ostervolde və Mert Hakan Yandaş daxil olmaqla 5 şübhəlinin hər biri üçün 6 il 9 aya qədər həbs cəzası istəyib. 

İstanbul Baş Prokurorluğunun hazırladığı iddianamədə Ostervolde və Mert Hakanla yanaşı, “Fənərbağça”nın həkimi Ertuğrul Karanlık, İdarə Heyətinin üzvü Hulusi Belgü və sabiq baş məşqçi İsmail Kartalın oğlu Emre Kartal şübhəli qismində yer alıblar. 

İddianamədə 5 şübhəlinin “qəsdən adam yaralama” və “idman meydançalarında iğtişaşlar törətmək və obyektlərə ziyan vurmaq” ittihamı ilə 2 il 3 aydan 6 il 9 aya qədər azadlıqdan məhrum edilmələri istənilib.

Qeyd edək ki, Türkiyə Superliqasının 37-ci turu çərçivəsində keçirilən “Qalatasaray” – “Fənərbaxça” (0:1) derbisindən sonra tərəflər arasında insident yaşanıb. Belə ki, hadisənin qarşılaşma başa çatdıqdan sonra “Fənərbaxça” prezidenti Ali Koçun rəhbərliklə birlikdə rəqibin stadionu RAMS Parkda qələbə sevincini yaşamaq üçün meydana daxil olmasından sonra başladığı bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026