• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycanda ictimai iaşə dövriyyəsi ARTDI

İDMAN

17 Avqust 2024 | 10:30

Azərbaycanda ictimai iaşə dövriyyəsi ARTDI

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2023-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 8,2 % artaraq 1 milyard 244,6 milyon manat təşkil edib.

Bakıvaxtı.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Dövriyyənin 11 335,2 milyon manatı dövlət, 1 milyard 233,265 milyon manatı isə qeyri-dövlət sektorunun payına düşüb. Bu da, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9 % və 8,2 % çoxdur.

Özəl sektorda isə dövriyyənin 51,1 %-i hüquqi şəxslərin, 48,9 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.

Hüquqi şəxslər üzrə dövriyyə il ərzində 9,6 % artaraq 630,5 milyon manata çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR