İrlandiyalı UFC döyüşçüsü Konor Makqreqor reabilitasiya kursu keçir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ultimate Fighting Championship (UFC) kəmərinə keçmiş iddiaçı Şael Sonnen "ESPN Good Guy/Bad Guy" podkastında danışıb.
O, bildirib ki, Makqreqor zədəli deyil. Alkoqol və narkotik maddələrdən sui-istifadə etdiyi üçün reabilitasiyadadır.
Qeyd edək ki,iyunun 14-də Makqreqorla Maykl Çandler arasında döyüşün ləğv olunduğu açıqlanıb. UFC-nin rəhbəri Dana Uayt iyunun 30-da Las-Veqasda keçirilməsi planlaşdırılan döyüşün ləğv edilməsinə səbəb kimi Makqreqorun zədələnməsini göstərib.