• Bakı 13° C

    8.25 m/s

  • USD - 1.7

    EUR - 1.8462

    RUB - 0.0178

Azərbaycan güləşçisi çempion oldu

İDMAN

18 Iyun 2024 | 22:51

Azərbaycan güləşçisi çempion oldu

Tatarıstanın paytaxtı Kazan şəhərində "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunları davam edir.

Bakıvaxtı.az xəbər verir ki, sərbəst güləşçimiz Hacımurad Maqomedsəyidov (97 kq) qızıl medal qazanıb.

Murad Haqverdiyev (65 kq) və Orxan Abasov (79 kq) isə finalda uduzaraq, fəxri kürsünün 2-ci pilləsində yer alıblar.

Sərbəst güləş yığmamızın bu gün daha 3 medal qazanıb. Komandanın heyətində Şamil Zubairov (92 kq) gümüş, Ceyhun Allahverdiyev (61 kq) və Cəbrayıl Qadjiyev (74 kq) bürünc əldə edib.

Azərbaycan idmançılarının oyunlarda qazandığı medalların sayı 9-a çatıb (2 qızıl, 3 gümüş və 4 bürünc medal).

Qeyd edək ki, iyunun 11-də start verilən yarışda karateçimiz Mədinə Sadıqova (55 kq) bütün rəqiblərinə qalib gələrək oyunların qalibi olub. Avarçəkənimiz Bəhmən Nəsiri və samboçumuz Rəsul Aydəmirov (98 kq) isə bürünc medala sahib olublar.


SON XƏBƏRLƏR

21 Oktyabr 2024