• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Alleqri bu mövsümün sonunda “Yuventus”u tərk edə bilər

İDMAN

20 Fevral 2024 | 21:32

Alleqri bu mövsümün sonunda “Yuventus”u tərk edə bilər

“Yuventus” rəhbərliyi komandanın baş məşqçisi Massimiliano Alleqrinin gördüyü işdən razı qalsa da, onunla əmək müqaviləsini uzatmağa tələsmir.

Bakıvaxtı.az-ın məlumatına görə, italiyalı mütəxəssis klubla müqaviləsini 2025-ci ilə qədər uzatmaq istəyir. Bununla belə, Turin klubunun bossları mütəxəssisin yaxın iki aydakı işini qiymətləndirmək niyyətindədir.

Həlledici ayın aprel olacağı vurğulanır. “Yuventus” Alleqri ilə müqaviləni bu ayın sonunadək yeniləməsə, müqaviləsinin bitməsinə bir il qalmasına baxmayaraq, çox güman ki, mövsümün sonunda klubu tərk edəcək.


SON XƏBƏRLƏR

26 Iyul 2024