• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Qurban Qurbanov: "Hesaba aldanmamalıyıq"

İDMAN

21 Fevral 2024 | 13:07 | Müəllif: Qalib İbrahimoğlu

Qurban Qurbanov: "Hesaba aldanmamalıyıq"

"Çox vacib və dəyərli oyundur. Fikrimizi tam rəqibə yönəltmişik".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov "Qarabağ" - "Braqa" oyunundan öncə keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis oyunçularına inamını bildirib:

"Rəqibin şərhə ehtiyacı yoxdur. İlk oyunun nəticəsi bizi aldatmamalıdır. İnanıram ki, futbolçularım Bakıda daha istəkli olacaqlar. Soyuqqanlı olacaqlarına əminik".
Qeyd edək ki, "Qarabağ" "Braqa" matçı 22 fevral "Tofiq Bəhrəmov" stadionunda keçiriləcək.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026