• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

“Qalatasaray” - “Fənərbağça” oyunu ilə bağlı qərar verildi

İDMAN

21 Fevral 2024 | 20:35

“Qalatasaray” - “Fənərbağça” oyunu ilə bağlı qərar verildi

Futbol üzrə Türkiyə Superkuboku uğrunda oyunun vaxtı açıqlanıb.

Bakıvaxtı.az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Superliqanın son çempionu “Qalatasaray”la ölkə kubokunun qalibi “Fənərbağça” arasındakı matç fevralın 7-də keçiriləcək.

Şanlıurfada oynanılacaq qarşılaşma Türkiyə vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, ötən ilin dekabr ayında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilməli olan Superkubok matçı təşkilatçılıqla bağlı çatışmazlıqlar səbəbindən təxirə salınıb.


SON XƏBƏRLƏR

26 Iyul 2024