• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Andrey Lunyov gələcəklə bağlı planlarını açıqlayıb

İDMAN

22 Mart 2024 | 14:28

Andrey Lunyov gələcəklə bağlı planlarını açıqlayıb

“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov gələcəklə bağlı planlarını açıqlayıb.

Bakıvaxtı.az “Sovsport”a istinadən məlumatına görə, 32 yaşlı futbolçu hazırda bütün diqqətini Rusiya millisinə və “Qarabağ”a yönəltdiyini bildirib.

“Hələlik diqqətimi millinin qarşıdakı oyunlarına cəmləmişəm. Ardından kluba qayıdacağam, orada verilən tapşırıqları yerinə yetirməliyəm. Sonrasına baxarıq”, - deyə Lunyov söyləyib.

Qeyd edək ki, Andrey Lunyov “Qarabağ”a 2023-cü ilin yayında azad agent kimi keçib. Qapıçının ağdamlılarla müqavilə müddəti mövsümün sonuna qədərdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026