• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

La Liqada ilin ilk “El Klasiko”su baş tutacaq

İDMAN

21 Aprel 2024 | 13:47 | Müəllif: Subhan Mahmudov

La Liqada ilin ilk “El Klasiko”su baş tutacaq

Futbol üzrə İspaniya çempionatının 32-ci turu çərçivəsində “Real Madrid” və “Barselona” komandaları üz-üzə gələcək.

Bu prinsipial oyun ənənəvi olaraq bütün dünyada azarkeşlərin diqqətini cəlb edir.

Bakıvaxtı.az xəbər verir ki, La Liqa çərçivəsində 2024-cü ilin ilk “El Klasiko”su Madriddəki “Santyaqo Bernabeu” stadionunda baş tutacaq.

La Liqanın hesablamalarına görə, orta hesabla təxminən 650 milyon insan bu matçı televiziya və onlayn platformalarda izləyəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xatırladaq ki, ilk dövrədə “Real Madrid” 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, hazırda “Real” 78 xal toplayıb və İspaniya çempionatının turnir cədvəlində 31-ci turdan sonra liderdir. “Barselona” isə 70 xalla ikinci yerdədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026