• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Daha bir paraatletimiz dünya çempionu oldu

İDMAN

21 May 2024 | 10:45

Daha bir paraatletimiz dünya çempionu oldu

Azərbaycan paraatleti Orxan Aslanov Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında T13 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda 7.18 metr nəticə ilə dünya çempionu olub.

Milli Paralimpiya Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, bu, paralimpiyaçımızın ilk dünya çempionluğudur.

Qeyd edək ki, iki gün əvvəl paraatletimiz Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış üzrə yarışda milli komandamıza ilk qızıl medalı qazanıb. Dünən isə Səid Nəcəfzadə uzunluğa tullanma üzrə yarışda eyni uğuru təkrarlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


SON XƏBƏRLƏR

26 Iyul 2024