• Bakı 13° C

    8.25 m/s

  • USD - 1.7

    EUR - 1.8462

    RUB - 0.0178

UEFA Serbiyanı CƏRİMƏLƏDİ

İDMAN

20 Iyun 2024 | 09:42

UEFA Serbiyanı CƏRİMƏLƏDİ

UEFA Serbiya Futbol İttifaqını Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin I turunun İngiltərə millisinə qarşı oyununda baş verənlərə görə cərimələyib.

Bakıvaxtı.az xəbər verir ki, quruma qarşı meydana yad əşya atmaq və idman hadisəsinə uyğun gəlməyən təxribat xarakterli mesaj göndərmək ittihamı irəli sürülüb.

UEFA serbiyalı azarkeşlərin bu davranışı səbəbindən Serbiya Futbol İttifaqını 14,5 min avro cərimələyib.

Qeyd edək ki, Serbiya - İngiltərə matçı ikincilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Növbəti turda Serbiya millisi Sloveniya, İngiltərə isə Danimarka ilə qarşılaşacaq. Hər iki görüş iyunun 20-də baş tutacaq.

Avropa çempionatı iyulun 14-dək davam edəcək.


SON XƏBƏRLƏR

21 Oktyabr 2024