• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

AVRO-2024: Almaniya turnirdə ikinci qələbəsini qazanıb - YENİLƏNİB

İDMAN

19 Iyun 2024 | 22:00

AVRO-2024: Almaniya turnirdə ikinci qələbəsini qazanıb - YENİLƏNİB

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Almaniya - Macarıstan matçı başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma Bundestimin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Almanların heytində hesabı 23-cü dəqiqədə Camal Musiala açıb. 67-ci dəqiqədə isə İlkay Gündoğan matçın yekun hesabını müəyyənləşdirib.

Qeyd edək ki, A qrupunun ilk görüşündə ALmaniya Şotlandiya yığmasına da qalib gəlmişdi - 5:1.

 

***21:31

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Almaniya - Macarıstan matçında ikinci qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, Bundestim 67-ci dəqiqədə üstünlüyünü bir qədər də möhkəmləndirib - 2:0.

İlkay Gündoğan adını tabloya yazdırıb.

Qarşılaşma davam edir.

 

***21:05

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Almaniya - Macarıstan matçında ikinci hissə start götürüb.

Bakıvaxtı.az xəbər verir ki, Bundestim ilk hissədən sonra 1:0 hesabı ilə öndədir.

23-cü dəqiqədə Camal Musiala adını tabloya yazdırıb.

 

***20:50

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Almaniya - Macarıstan matçında ilk hissə yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, Bundestim fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb.

23-cü dəqiqədə Camal Musiala adını tabloya yazdırıb.

 

***20:29

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun görüşləri çərçivəsində Almaniya - Macarıstan matçında hesab açılıb.

Bakıvaxtı.az xəbər verir ki, Ştutqart şəhərində davam edən matçda "Bundestim" hesabı açıb.

23-cü dəqiqədə Camal Musiala adını tabloya yazdırıb.

 

***20:01

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun görüşləri çərçivəsində Almaniya və Macarıstan yığmaları üz-üzə gəlir.

Bakıvaxtı.az xəbər verir ki, A qrupunun matçı Ştutqart şəhərində start götürüb.

Qarşılaşmanı niderlandlı baş hakim Denni Makkeli idarə edir.


SON XƏBƏRLƏR