• Bakı 13° C

    8.25 m/s

  • USD - 1.7

    EUR - 1.8462

    RUB - 0.0178

"Lill"in futbolçusu infarkt keçirdi

İDMAN

20 Iyun 2024 | 09:30

Lillin futbolçusu infarkt keçirdi

Fransanın "Lill" klubunun futbolçusu Nabil Bentaleb təcili xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

“Foot National” nəşrinin məlumatına görə, 29 yaşlı əlcəzairli yarımmüdafiəçi infarkt keçirib.

Qeyd edək ki, Bentaleb ötən mövsüm bütün yarışlarda 34 oyun keçirib və üç məhsuldar ötürmə ilə yadda qalıb. O, karyerası ərzində Almaniyada "Şalke 04", İngiltərədə isə "Nyukasl" və "Tottenhem" klublarının formasını geyinib.


SON XƏBƏRLƏR

21 Oktyabr 2024