• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Məşhur idmançı və deputat islam dinini qəbul etdi

İDMAN

20 Iyun 2024 | 00:42 | Müəllif: Subhan Mahmudov

Məşhur idmançı və deputat islam dinini qəbul etdi

Qarışıq stil döyüşçüsü (MMA) Ceff Monson islamı qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a idmançı özü məlumat verib.

Monson çərşənbə günü Moskvada şəhadəti (kəlimeyi-şəhadət - red.) dilə gətirib..

"Mən islamı şüurlu şəkildə qəbul edirəm. Bu çətin zamanda qardaşlarımla çiyin-çiyinə dayanmaq istəyirəm. Bu barədə çox düşünmüşəm, lakin bu, həlledici addımdır", - Monson deyib.

Monsonun 53 yaşı var və 60 qələbə, 26 məğlubiyyət və 1 heç-heçə rekorduna malikdir.

Monson 2018-ci ildə ABŞ vətəndaşlığından imtina edib, Rusiya Federasiyasının vətəndaşı olub. 2023-cü ilin sentyabrında Vahid Rusiya Partiyasından Başqırdıstan Dövlət Məclisinə deputat seçilib./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026