• Bakı 13° C

    8.25 m/s

  • USD - 1.7

    EUR - 1.8462

    RUB - 0.0178

"Bavariya"nın təklifini qəbul etmədi

İDMAN

20 Iyun 2024 | 10:27

Bavariyanın təklifini qəbul etmədi

İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Kazemiro Almaniya təmsilçisi "Bavariya"nın təklifini qəbul etməyib.

Bakıvaxtı.az "Trivela"ya istinadən xəbər verir ki, buna Almaniya klubunun təklifinin braziliyalı yarımmüdafiəçini qane etməməsi səbəb olub.

Münhen təmsilçisi braziliyalı futbolçuya ikinci dəfə təklif göndərib. Tərəflər arasında ilk danışıqlar 2022/2023 mövsümünün sonunda olub.

Kazemironun imtinasından sonra "Bavariya" İngiltərə təmsilçisi "Fulhem"dən Joau Palinyanı transfer siyahısına daxil edib. Bu futbolçunun qiyməti 45 milyon avrodur.

Qeyd edək ki, Kazemiro 2022-ci ildə İspaniyanın "Real" klubundan "Mançester Yunayted"ə transfer olunub.


SON XƏBƏRLƏR

21 Oktyabr 2024