• Bakı 26° C

    9.15 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

Dünya Qadın Seriyasında Quba mərhələsi bu gün start götürəcək

İDMAN

20 Iyul 2024 | 10:08

Dünya Qadın Seriyasında Quba mərhələsi bu gün start götürəcək

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Quba mərhələsi bu gün start götürəcək.

Bakıvaxtı.az xəbər verir ki, turnirdə 8 kollektiv 2 qrupda çıxış edəcək.

A qrupunda Azərbaycan təmsilçisi "Baku Flames", Avstraliya, Niderland və Çinin U-24 milliləri mübarizə aparacaq.

B qrupunda isə Çexiya, Filippin, İran yığmaları və “Düsseldorf Zoos” klubu yer alıb.

Qeyd edək ki, görüşlər iyulun 20-21-də keçiriləcək. Quba mərhələsinin açılış oyunu saat 16:30-da "Baku Flames” klubu ilə Niderland arasında baş tutacaq.Report


SON XƏBƏRLƏR