• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Ançelottinin oğlu Fransa klubunu çalışdıra bilər

İDMAN

21 May 2024 | 11:29

Ançelottinin oğlu Fransa klubunu çalışdıra bilər

İspaniyanın “Real” klubunun baş məşqçisi Karlo Ançelottinin oğlu Davide Ançelotti Liqa 1 təmsilçisi “Reyms”ə rəhbərlik edə bilər.

Bakıvaxtı.az “Footmercato”ya istinadən xəbər verir ki, baş məşqçi axtarışlarını davam etdirən Fransa klubu Ançelottinin oğlunu da siyahıya salıb.

Siyahıda həmçinin hazırda “Havr"ı çalışdıran Luka Elsner, Kristof Qaltyenin PSJ-dəki keçmiş köməkçisi Joao Sakramento, "Yanq Boyz"un sabiq baş məşqçisi Joel Maqnin, “Brügge”dən Miron Musliç də yer alıblar. Klubun mövsüm öncəsi toplanışı başlamamışdan əvvəl yeni məşqçi ilə bağlı qərar verəcəyi bildirilib.

Qeyd edək ki, "Reyms" ölkə çempionatının cari mövsümünü 46 xalla 8-ci yerdə başa vurub.


SON XƏBƏRLƏR

26 Iyul 2024