PSJ-dən ayrılan Kilian Mbappe bu münasibətlə Parisin mərkəzində 250 nəfərlik vida yeməyi təşkil edib.
Bakıvaxtı.az Fransa mətbuatına istinadən xəbər verir ki, dəvət edilən şəxslər arasında Fransa Prezidenti Emmanuel Makron da olub.
Qeyd edək ki, futbolçunun cari ilin yayında Paris klubu ilə müqaviləsi başa çatır. 25 yaşlı oyunçunun “Real”a keçəcəyi bildirilib.