• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Kataloniya klubu tarixi ilkə imza atdı

İDMAN

21 Aprel 2024 | 11:20

Kataloniya klubu tarixi ilkə imza atdı

İspaniya La Liqasında bu mövsümün sürpriz komandası olan "Jirona" avrokuboka vəsiqəni təmin edib.

Bakıvaxtı.az xəbər verir ki, kataloniyalılar çempionatın 32-ci turunda evdə "Kadis"ə qalib gəlməklə (4:1) buna nail olublar.  

Beləliklə, "Jirona" 7-ci pillədəki "Betis"lə xal fərqi 20-yə çatdırıb ki, hətta nəzəri cəhətdən geridə qalan 6 raundda bu fərqi aradan qaldırmaq mümkün deyil.

Bununla yanaşı, "Jirona"nın Çempionlar Liqasına vəsiqə şansı da çox yüksəkdir - Miçelin komandası 5-ci yerdə olan "Atletik"i 10 xal qabaqlayır. "Mundo Deportivo"nun məlumatına görə, “Jirona” bundan əvvəl heç vaxt Avropa yarışlarında çıxış etməyib. Üstəlik, Kataloniya klubu bu il İspaniya futbolunun elitasında cəmi 4-cü mövsümünü keçirir.


SON XƏBƏRLƏR

26 Iyul 2024