• Bakı 25° C

    6.83 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Messinin dublu "İnter Mayami"yə qələbə qazandırdı

İDMAN

21 Aprel 2024 | 10:35

Messinin dublu İnter Mayamiyə qələbə qazandırdı

Məşhur futbolçu Lionel Messinin də formasını geyindyi "İnter Mayami" MLS-də 10-cu tur oyununa çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, komanda DVR stadionunda "Naşvil"lə qarşılaşıb. "İnter Mayami" rəqibini 3:1 hesabı ilə məğlub edib.

2-ci dəqiqədə "İnter Mayami"nin futbolçusu Franko Neqri topu öz qapısına göndərib.

Lionel Messi 11-ci dəqiqədə fərqlənərək hesabı bərabərləşdirib. 39-cu dəqiqədə Serxio Busqets qapını dəqiq nişan alıb və komandasını önə keçirib. 81-ci dəqiqədə Messi penaltini dəqiq yerinə yetirərək dubl edib və görüşdə son nöqtəni qoyub - 3:1. 

Qeyd edək ki, hazırda turnir cədvəlində "İnter Mayami" 18 xalla liderdir.


SON XƏBƏRLƏR

06 Iyul 2025
05 Iyul 2025