• Bakı 22° C

    3.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Millimiz ingilislərə məğlub oldu

İDMAN

22 Mart 2024 | 17:58

Millimiz ingilislərə məğlub oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, F qrupunda yer alan yığma liderlər qrupunda qərarlaşan İngiltərə ilə qarşılaşıb.

“Qarabağ Arena”da baş tutan qarşılaşmadan qonaq komanda böyük hesabla qalib ayrılıb. İngiltərə yığmasının 5 qoluna Samir Əliyevin yetirmələri son dəqiqələrdə vurduqları təsəlli topu ilə qarşılıq verə biliblər.

Bununla ingilislər xallarının sayını 15-ə yüksəldiblər. Azərbaycan millisi isə 3 xalda qalıb.

Qeyd edək ki, U-21 millimiz martın 26-da eyni məkanda qrupun lideri Ukraynanı qəbul edəcək.

Avropa çempionatının seçmə mərhələsi

F qrupu

22 mart

Azərbaycan – İngiltərə 1:5

Qollar: Ramin Nəsirli, 83 - Harvi Elliot, 25, 67, Noni Madueke, 29, Teylor Harvud-Bellis, 53, Arçi Qrey, 88

Baş hakim: Antoni Bandiç (Bosniya və Herseqovina)

Bakı, “Qarabağ Arena”


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026