• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Gimnastika komandamız bürünc medal qazandı

İDMAN

21 Aprel 2024 | 15:44

Gimnastika komandamız bürünc medal qazandı

Azərbaycan yığması Bakıda keçirilən Dünya Kubokunda növbəti medalı qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, qrup hərəkətləri komandası bürüncə sahib çıxıb.

Zeynəb Hümmətova, Güllü Ağalarova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina və Ləman Əlimuradovadan ibarət komandamız halqa ilə çıxışda fəxri kürsüdə yer alıb. Gimnastlarımız 36,100 bal toplayıblar. Yaponiya yığması (36,450) balla 1-ci, İtaliya 36,250 balla 3-cü yeri tutub.

Qeyd edək ki, aprelin 19-21-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışları keçirilir.


SON XƏBƏRLƏR

26 Iyul 2024