• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Dieqo Simeone Çempionlar Liqasında 100-cü oyununu keçirdi

İDMAN

21 Fevral 2024 | 09:40

Dieqo Simeone Çempionlar Liqasında 100-cü oyununu keçirdi

İspaniyanın “Atletico de Madrid” klubunun baş məşqçisi Dieqo Simeone UEFA Çempionlar Liqasında 100-cü oyununu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, yubiley matçı 1/8 final mərhələsində İtaliya “İnter”i ilə ilk görüşə təsadüf edib.

Argentinalının çalışdırdığı komanda Milanda rəqibinə 0:1 hesabı ilə məğlub olub.

Simeone bu göstəriciyə çatan 9-cu məşqçidir. Əvvəllər bunu Karlo Ançelotti (198 oyun), Aleks Ferqyuson (190), Arsen Venger (178), Pep Qvardiola (166), Joze Mourinyo (145), Mirça Luçesku (115), Massimiliano Alleqri və Yurgen Klopp (hər ikisi 100) bunu bacarıblar.

Qeyd edək ki, Dieqo Simeone 2011-ci ildən “Atletico”nu çalışdırır.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024