• Bakı 25° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

AFFA bu klubları CƏRİMƏLƏDİ

İDMAN

21 Fevral 2024 | 16:36 | Müəllif: Qalib İbrahimoğlu

AFFA bu klubları CƏRİMƏLƏDİ

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXIII turunun 2 oyununda baş verən neqativ hallara hüquqi qiymət verilib.

“Sabah”la görüşdə 5 futbolçusu sarı vərəqə alan “Kəpəz” 700 manat cərimələnib.

Bundan başqa, “Sumqayıt”–“Turan Tovuz” matçında meydançaya kənar şəxs daxil olduğundan, birincilər 800 manat cərimə olunub.

“Sumqayıt”ın fasilədən sonra meydançaya gec daxil olması səbəbindən ikinci hissə 4 dəqiqə gec başlayıb. Bu isə meydan sahiblərinin daha 1500 manat cərimə edilməsinə səbəb olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026