• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ançelotti Ardaya görə məşqi iki dəfə dayandırdı

İDMAN

22 Yanvar 2024 | 18:18 | Müəllif: Subhan Mahmudov

Ançelotti Ardaya görə məşqi iki dəfə dayandırdı

"Real Madrid"in heyətində hələlik bir rəsmi matçda meydana çıxan Arda Gülerin məşq performansı məşqçilər heyətini heyran edir.

Bakıvaxtı.az xəbər verir ki, məşq zamanı Ardanın nümayiş etdirdiyi oyun baş məşqçi Karlo Ançelotti tərəfindən təqdir edilib. Məlumata görə, məşq zamanı iki möhtəşəm ötürmə etməyi bacaran türk futbolçu italiyalı çalışdırıcını heyran etməyi bacarıb. Daban ötürməsi ilə istedadını nümayiş etdirən gənc futbolçu, digər epizod zamanı komanda yoldaşına möhtəşəm ötürmə edərək məşqə damğa vurub.

Arda Gülerə görə məşqi iki dəfə dayandıran Ançelotti gənc istedadı şəxsən təbrik edib. Bildirilir ki, Ançelotti Arda Gülerin performansından getdikcə daha çox razı qalır./metbuat.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026