• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

"Braqa"nın Bakıya gələcək heyəti bəlli oldu

İDMAN

20 Fevral 2024 | 19:12 | Müəllif: Subhan Mahmudov

"Braqa"nın Bakıya gələcək heyəti bəlli oldu

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçında "Qarabağ" ilə qarşılaşacaq "Braqa"nın Bakıya gələcək heyəti bəlli olub.

Bakıvaxtı.az  xəbər verir ki, baş məşqçi Artur Jorje səfər görüşündə 23 futbolçuya güvənəcək.

Menisk əməliyyatından sonra bərpa prosesini başa vuran Bruma da heyətdə yer alıb. Kapitan Rikardo Orta isə bu dəfə də komandadan kənarda qalıb.

Qapıçılar: Mateus, Tyaqu Sa, Lukas Horniçek

Müdafiəçilər: Sərdar Saatçı, Siku Niakate, Joze Fonte, Paulu Oliveyra, Joe Mendeş, Fransişku Çissumba, Vitor Qomeş, Kristian Borxa

Yarımmüdafiəçilər: Şer Ndur, Rodriqo Salasar, Vitor Karvalyu, Pittsi, Joau Moutinyu, Cibril Sumare

Hücumçular: Bruma, Abel Ruis, Alvaro Calo, Markuş Lopeş, Rocer Fernandeş, Simon Banza.

Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. İlk matçda Ağdam təmsilçisi 4:2 hesabı ilə qələbə qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026