• Bakı 15° C

    1.42 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

“Neftçi” 200-cü heç-heçəyə imza atdı

İDMAN

23 Yanvar 2024 | 14:23

“Neftçi” 200-cü heç-heçəyə imza atdı

“Neftçi” Azərbaycan çempionatları tarixində 200-cü heç-heçəyə imza atıb.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley komandanın Premyer Liqanın XIX turunda "Sabah"la qolsuz bərabərə qaldığı matça təsadüf edib.

“Neftçi” 1992-ci ildən daimi iştirakçısı olduğu ölkə çempionatlarındakı 908-ci görüşdə 200-cü "sülh"ə imza atıb. Bakılılara qədər yalnız “Qarabağ” 200 heç-heçə səddini keçib.

Qeyd edək ki, “Neftçi”nin ilk bərabərliyi məhz “Qarabağ”la matçda gerçəkləşib. 1992-ci il sentyabrın 26-dakı ev matçında paytaxt təmsilçisi 1 xalı bir qolla qazanıb – 1:1.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR