• Bakı 11° C

    3.62 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1087

Azərbaycanlıları təhqir edən ermənini üzr istəməyə məcbur etdilər

CƏMİYYƏT

18 Noyabr 2021 | 16:19

Azərbaycanlıları təhqir edən ermənini üzr istəməyə məcbur etdilər

Rusiyanın Yekaterinburq şəhərində İşxan adlı erməni gənc azərbaycanlılardan üzr istəyib.

Bakıvaxtı.az kanal.az-a istinadən xəbər verir ki, noyabrın 16-da sərhəddə baş verən münaqişə zamanı ermənilərin "internet qəhrəmanları"ndan İşxan adlı gənc TikTok-da canlı yayımda Azərbaycanın və Azərbaycan xalqının ünvanına ifrat dərəcədə iyrənc, təhqiramiz ifadələr, söyüşlər işlədib. Buna dözməyən Yekaterinburqda yaşayan azərbaycanlılar həmin gün onu taparaq, üzr istəməyə məcbur ediblər.

Artıq noyabrın 17-də Rusiyanın sosial şəbəkələrində erməninin üzr videosu yayılıb və hətta ruslar azərbaycanlılara haqq qazandırıb.

Qeyd edək ki, erməni gəncin canlı yayımdakı çıxışını etikadan kənar olduğu üçün təqdim etmirik.


SON XƏBƏRLƏR