• Bakı 15° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Konservləşdirilmiş qidalar ölümə yol aça bilər

CƏMİYYƏT

18 Dekabr 2021 | 12:02 | Müəllif: Qalib İbrahimoğlu

Konservləşdirilmiş qidalar ölümə yol aça bilər

Ən təhlükəli, ölümcül zəhərlənmələrə səbəb olan qidalardan biri də konservləşdirilmiş məhsullardır. Çox zaman işimizi asanlaşdırmaq üçün konservləşdirilmiş hazır qidalara üstünlük veririk. Ancaq bəzən bu qidalar normal şəraitdə saxlanılmadığından sağlamlığımıza böyük risklər yaradır.

Qida üzrə baş mütəxəssis Ağa Salamovun Bakıvaxtı.az-a bildirdiyinə görə, dəmir qablarda konservləşdirilmiş qidalarda Bisfenol A maddəsi var. Hansı ki, bu maddə qidaya nüfuz etdiyi zaman kimyəvi zəhərlənmə baş verir: “Araşdırmalara görə, 50 konservdən 46-da bu maddə aşkarlanıb. Ona görə də, kimyəvi zəhərlənmənin qarşısını almaq üçün bir az diqqətli olmaq lazımdır”.

A.Salamov bildirib ki, zəhərlənmələrin səbəblərindən biri də qidaların təmiz yuyulmamasıdır: “Konservləşdirilmiş qidalar sırasında tərəvəzlər də, meyvələr də var. Mən insanları qorxutmaq istəmirəm. Amma çox vaxt görürsünüz ki, xiyar, pomidor və yaxud hər hansı turşunu bağlayarkən yaxşı yuyulmur. Sodalı suda saxlamırlar, yüngülvari adi suyun altında yuyub keçirlər. Bu da torpağın yaxşı təmizlənməməsinə səbəb olur. Torpaqdan gələn botulizm bakteriyasının qidalara sızması nəticəsində qida zəhərlənir və bu da, təbii ki, ölümcül ola bilər. Bunun qarşısını almaq üçün emal prosesində qida məhsullarının yuyulması, təmizlənməsi və durulanması vacibdir”.

Qida texnoloqu konservləşdirilmiş qidalardan uzaq durmağı məsləhət görür: “Bəzən marketlərdə konservləşdirilmiş qidaları günəş şüaları düşən isti yerdə saxlayırlar. Bu isə çox risklidir. Nə qədər konservant vururlar, bunun özü də qatqı maddəsi olduğu üçün kimyəvi zəhərlənməyə yol açır. Həmçinin, məhsulun tərkibi konservantlarla zəngin olduğundan yanlış hava temperaturunda saxlanıldıqda qidada çöküntülər əmələ gətirir. Bu, hətta ölümcül zəhərlənməyə də səbəb ola bilər. Ona görə, konservləşdirilmiş qidalardan uzaq durmaq lazımdır. Onun yerinə düzgün ev şəraitində orqanik məhsullardan tutmalar, ət konservləri hazırlamaq olar”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026