• Bakı 10° C

    10.41 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Qəbələ - Moskva aviareysi açıldı - VİDEO

CƏMİYYƏT

17 Yanvar 2022 | 10:36

Qəbələ - Moskva aviareysi açıldı - VİDEO

17 yanvar 2022-ci il, Bakı - 2022-ci ilin yeni marşrut şəbəkəsi çərçivəsində Qəbələ və Moskvanı birləşdirən yeni müntəzəm aviareys açılıb.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Bakıvaxtı.az-a  verilən məıumata görə,  Nordwind aviaşirkəti 189 sərnişin oturacağı olan Boeing 737-800 təyyarəsində Moskvanın Şeremetyevo hava limanından Qəbələyə ilk reys yerinə yetirib. Uçuş 3 saat davam edib.

Moskva-Qəbələ-Moskva marşrutu üzrə müntəzəm reys həftədə bir dəfə - bazar günləri həyata keçiriləcək. Yerli vaxtla saat 4:10 dəqiqədə təyyarə Qəbələdə enəcək, saat 5:20 dəqiqədə Rusiya paytaxtına qayıtmaq üçün havaya qalxacaq.

Bütün beynəlxalq norma və tələblərə cavab verən Qəbələ beynəlxalq hava limanı istənilən tip hava gəmisini qəbul etməyə qadirdir.


Qəbələ - Moskva aviareysi açıldı - VİDEOQəbələ - Moskva aviareysi açıldı - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026