• Bakı 12° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Bizimlə Məsləhət"də düzgün peşə seçimi müzakirə olundu - VİDEO

CƏMİYYƏT

17 Yanvar 2022 | 11:29 | Müəllif: Qalib İbrahimoğlu

"Bizimlə Məsləhət"də düzgün peşə seçimi müzakirə olundu - VİDEO

Azərbaycan internet televiziya məkanında bütün yaş təbəqələri üçün nəzərdə tutulan “Bizimlə Məsləhət” maarifləndirici, psixoloji proqmaın yeni mövsümdə ilk buraxılışı olub.

Bakivaxti.az xəbər verir ki, buraxılışın qonağı psixoterapevt Lalə Məmmədova olub.

O, verilişdə “Düzgün peşə seçimi” haqqında danışıb. Psixoloji məsləhətlər verərək maraqlı məqamlara toxunub.

Verilişin növbəti buraxılışı 22 yanvar saat 21:00-da qonaq klinik psixoloq Fidan Cəbrayılovanın iştirakı ilə olacaq. O, verilişdə “İç səsimiz” mövzusu haqqında məlumat verəcək.

Xatırladaq ki, “Bizimlə Məsləhət” verilişi hər həftənin şənbə günü saat 21:00-da SUM TV-də yayımlanır.

Psixoloji cəhətdən əziyyət çəkən insanlara maarifləndirici, psixoloji məsləhətlər verən bu maraqlı verilişin informasiya dəstəyi Bakıvaxtı.az, Aktor.az xəbər portalları və İnteraktiv Media Agentliyidir.

Qeyd edək ki, verilişin müəllif və aparıcısı Teymur Bayramov, quruluşçu rejissoru və operatoru Sərvər Kamranlı, prodüserləri Xanlar Ağayev, Məhəmməd İsgəndərov, montajçısı Tima, redaktoru Teymur Həbibidir.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026