• Bakı 23° C

    2.86 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.3044

“Azəriqaz” Qubada vətəndaşları məhkəməyə verdi

CƏMİYYƏT

09 Iyun 2026 | 14:13

“Azəriqaz” Qubada vətəndaşları məhkəməyə verdi

“Azəriqaz” İstehsalat Birliyi Quba rayonunda bir neçə vətəndaşı məhkəməyə verib. 

Bakıvaxtı.az xəbər verir ki, Yurd.Media-nın əldə etdiyi məlumata görə, məhkəmə işlərinin birində qeyd olunur ki, Quba şəhəri, Azərbaycan prospekti ev 4-də yaşayan 1962-ci il təvəllüdlü cavabdeh 2025-ci il tarixinə istifadə etdiyi təbii qaza görə 5719 manat ödənilməmiş borcu qalıb. Bu məbləğin 3110 manat hissəsi sayğacdan kənar qanunsuz qoşulmaya görə hesablanmış dəymiş ziyandır, iddia məbləğini təşkil edən 2609 manat hissəsi isə sayğacla müəyyən edilən debitor borcudur. Cavabdehdən dövlət rüsumu üçün ödənilmiş 46 manatın da tutulması tələb olunub.

Bundan başqa, “Azəriqaz” 1969-cu il təvəllüdlü Quba rayonunun II Nügədi kənd sakininə qarşı da iddia qaldırıb. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 567 manat məbləğində əsas borcun məcburi qaydada tutularaq abonent koduna, 30 manat dövlət rüsumunun iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilib. 

Bundan əlavə, Quba rayonunun Aşağı Atuc kəndində yaşayan şəxsə qarşı da iddia qaldırılıb. Ondan təbii qazdan istifadəyə görə yaranmış 414 manat məbləğində əsas borcun məcburi qaydada tutularaq abonent koduna, 30 manat dövlət rüsumunun iddiaçının bank hesabına ödənilməsi istənilib. 

Həmçinin, Quba şəhərinin Qəçrəş yolunda yaşayan 1958-ci il təvəllüdlü cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 1253 manat məbləğində əsas borcun məcburi qaydada tutulması, 32 manat dövlət rüsumunun iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunub.

Məhkəmə hər dörd iddia tələbini təmin edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Iyun 2026