Quba-Xaçmaz Regional Təhsil İdarəsində növbəti kadr təyinatı həyata keçirilib.
Bakıvaxtı.az Bizim.Media-ya istinadla xəbər verir ki, iki gün əvvəl idarənin İnzibati Təşkilat sektorunun müdiri vəzifəsində dəyişiklik edilib.
Belə ki, sektorun sabiq müdiri Fikrət Heybətovun yerinə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisi Coşqun Əliyevin əmri ilə Kamran Əliyev təyin olunub.
Kamran Əliyev uzun illər Qubadakı liseylərdən birinin direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsindən isə sözügedən təyinatla bağlı məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Kamran Əliyev yeni vəzifəyə TƏYİN OLUNDU - FOTO
CƏMİYYƏT
09 Iyul 2026 | 13:41


SON XƏBƏRLƏR
09:41
08 Iyul 2026
Bakı 


