• Bakı 34° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.944

    RUB - 2.0968

“Azərişıq” Gədəbəyin bir sıra kəndlərində elektrik təsərrüfatını yeniləyir

CƏMİYYƏT

31 Iyul 2025 | 10:40

“Azərişıq” Gədəbəyin bir sıra kəndlərində elektrik təsərrüfatını yeniləyir

“Azərişıq” ASC Gədəbəyin köhnəlmiş elektrik təsərrüfatını yeniləyir.

Bakıvaxtı.az “Azərişığ”a istinadən xəbər verir ki, rayonun Arıqıran kəndində 0.4 və 10 kV-luq elektrik şəbəkələri yenidən qurulur. İşlər yekunlaşdıqdan sonra kənddə ümumilikdə 9 müasir tipli Komplekt Transformator Məntəqəsi (KTM) abonentləri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edəcək.

Arısu, Xarxar və Zəhmət kəndlərinin elektrik şəbəkəsi tamamilə yenilənib. Yeni 0.4 kV-luq dayaqlar basdırılıb, köhnə elektrik xətlərinin əvəzinə Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilib. Sadalanan 3 kənddə ümumilikdə 17 KTM quraşdırılıb.

Növbəti mərhələdə Çanaqçı, İnəkboğan və Kərimli kəndlərində 0.4 və 10 kV-luq elektrik şəbəkələri yenidən qurulacaq.

Abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsi məqsədilə “Azərişıq” Gədəbəylə yanaşı ölkənin bütün regionlarında bir sıra kənd və qəsəbələrdə yenidənqurma işlərini davam etdirir.


SON XƏBƏRLƏR

31 Iyul 2025