• Bakı 10° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bir həftədə təbiətə 13 minlik zərər vurulub

CƏMİYYƏT

30 Avqust 2025 | 10:06

Bir həftədə təbiətə 13 minlik zərər vurulub

Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri və İsmayıllı rayonunun inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Qaraçuxur qəsəbəsi Ə.Mehbalıyev küçəsi, giriş 178 ünvanında və İsmayıllı rayonu Sədiyan kəndi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 13190 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər iki fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026