• Bakı 21° C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

 Azyaşlı qıza zorakılıq edən şəxs HƏBS EDİLDİ

CƏMİYYƏT

08 Iyun 2023 | 15:14

 Azyaşlı qıza zorakılıq edən şəxs HƏBS EDİLDİ

Bakı şəhəri Suraxanı rayonunda azyaşlı qızın zorakılığa məruz qalması faktı ilə bağlı Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Cinayəti törətməkdə təqsirləndirilən şəxs barəsində ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurorun təqdimatı əsasında həbs qətimkan tədbiri seçilib.

"Hazırda ibtidai istintaqı Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsində davam etdirilən cinayət işi nəzarətdə saxlanılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq", - məlumatda bildirilib.


SON XƏBƏRLƏR

08 May 2025