• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ali Məhkəmədə “Açıq qapı” günü keçirildi - FOTOLAR

CƏMİYYƏT

08 Iyul 2023 | 14:42

Ali Məhkəmədə “Açıq qapı” günü keçirildi - FOTOLAR

İyulun 8-də məktəblilər “Açıq qapı” günü münasibətilə Azərbaycanın Ali Məhkəməsində olublar.

Bu barədə Bakıvaxtı.az-a Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, şagirdlər Ali Məhkəmənin inzibati binası ilə tanış olub, məhkəmə iclas zallarını, Plenum zalını, məhkəmənin kitabxanasını və Məhkəmə tarixi muzeyini ziyarət ediblər.

Tanışlıq çərçivəsində Ali Məhkəmənin hakimi Tahir Kazımov uşaqlara Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, məhkəmələrin dövlət quruluşunda yeri və rolu, qanunvericilik və təcrübə barədə fikirlərini çatdırıb.

Məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Sonda şagirdlər xoş təəssüratlarını bölüşüb və xatirə fotosu çəkdiriblər.


Ali Məhkəmədə “Açıq qapı” günü keçirildi - FOTOLARAli Məhkəmədə “Açıq qapı” günü keçirildi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026