• Bakı 25° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Sabah 40 dərəcədən yüksək isti olacaq

CƏMİYYƏT

07 Avqust 2023 | 12:55

Sabah 40 dərəcədən yüksək isti olacaq

Avqustun 8-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz keçəcək, lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 23-28° isti, gündüz 33-38° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz 24-29° isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR