• Bakı 8° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Anar Əsədli ilə bağlı qərar verildi

CƏMİYYƏT

06 Sentyabr 2023 | 11:33

Anar Əsədli ilə bağlı qərar verildi

Keçmiş Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin ev dustaqlığı müddəti uzadılıb.

Bakıvaxtı.az xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə sabiq partiya sədrinin ev dustaqlığı müddəti daha bir ay uzadılıb.

Qeyd edək ki, A.Əsədli bu ilin aprelində həbs olunub. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunaraq ayrı-ayrı şəxslərin külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirdi.

Xatırladaq ki, bir müddət əvvəl Anar Əsədli ev dustaqlığına buraxılıb, iş üzrə dəymiş zərər ödənilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026