• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Nazir işdən çıxarılan general-mayorun yerinə onu təyin etdi - YENİLƏNİB

CƏMİYYƏT

06 Sentyabr 2023 | 12:55

Nazir işdən çıxarılan general-mayorun yerinə onu təyin etdi - YENİLƏNİB

Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi general-mayor İlqar Məmmədov vəzifədən azad edilib.

Bakıvaxtı.az xəbər verir ki, artıq onun yerinə təyinat var. Belə ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmri ilə polkovnik Elçin Məmmədov bu vəzifəyə təsdiq edilib.

E.Məmmədov yeni təyinatadək Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qəbələ rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsinin komandiri olub. O, Prezidentin sərəncamı ilə bu ilin martında “Vətən uğrunda” medalı ilə təltif edilib. /Qafqazinfo

 

11:03

Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi general-mayor İlqar Məmmədov vəzifədən azad edilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

İ.Məmmədovun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, Prezidentin sərəncamı ilə 2014-cü ildə general-mayor rütbəsi verilən İ.Məmmədov elə həmin ildən Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi vəzifəsini tuturdu. /Qafqazinfo


Nazir işdən çıxarılan general-mayorun yerinə onu təyin etdi - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR