• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsi ilə bağlı Bəyanat qəbul edildi - YENİLƏNİB

CƏMİYYƏT

06 Oktyabr 2023 | 11:59 | Müəllif: Qalib İbrahimoğlu

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsi ilə bağlı Bəyanat qəbul edildi - YENİLƏNİB

Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin bəyanatını cavab bəyanatı qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bəyanat 95 səslə qəbul edilib

Qeyd edək ki, bəynatın hazırlanması üçün komissiya yaradılıb. Komissiyanın sədri deputat Nizami Səfərov, üzvləri isə deputatlar Elman Məmmədov, Aqiyə Naxçıvanlı, Tural Gəncəliyev və Razi Nurullayev idi.

 

11:10

Milli Məclis Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsi ilə əlaqədar bəyanat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, bəyanatı spiker Sahibə Qafarova səsləndirib.

Bildirilib ki, Avropa Parlamentində Azərbaycana qarşı çirkin bəyanat verib: “Avropa Parlamentinin sözügedən bəyanatı Ermənistan-Azərbaycan münaqişəsinin tarixə qovuşması və Azərbaycanın ərazi bütövlüyün bərpa etməsindən narahat olduqlarını, separatizmə rəvac verdiklərini, Qarabağda yaşayan ermənilərin reinteqrarsiya prosesinin həyata keçirilməsinin görməməkləri ikili standartlardan əl çəkmədiklərini göstərir. Azərbaycanı etnik təmizlik ittiham siyasi rəzillikdir. Fransa da təcavüzkar dövlətin yanında dayanıb. Fransa və digər ermənipərsət ölkələrin cəhdləri əbəsdir. Haqq-ədalət bizim tərəfdədir. Bizim bölgəmizdən uzaq durmalarını təklif edirik”.

***

11:06

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanatın qəbul edilməsini müzakirə edir.

Bakıvaxtı.az xəbər verir ki, parlamentin bu gün keçirilən iclasının gündəliyinə Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı daxil edilib.

Bəyanatın mətninin hazırlanması üçün deputatlardan ibarət komissiya yaradılıb.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026