• Bakı 7° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Silahlarını könüllü polisə təhvil VERDİLƏR

CƏMİYYƏT

05 Noyabr 2023 | 09:47 | Müəllif: Subhan Mahmudov

Silahlarını könüllü polisə təhvil VERDİLƏR

Sabirabad rayon sakini qanunsuz olaraq saxladığı avtomatı könüllü olaraq polisə təhvil verib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Adalet.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı apardıqları profilaktiki tədbirlər nəticəsində bir nəfər rayon sakini qanunsuz olaraq saxladığı “AKM” markalı avtomat silahını polis şöbəsinə təhvil verib.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən müvafiq sənədləri olmayan ov silahlarının aşkarlanması istiqamətində keçirilən tədbirlər zamanı isə 5 nəfər rayon sakinindən sənədsiz ov tüfəngləri götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026