• Bakı 19° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Siyəzəndə pişiklərə işgəncə verilməsi ilə bağlı araşdırma aparılır - VİDEO

CƏMİYYƏT

04 Dekabr 2023 | 20:13

Siyəzəndə pişiklərə işgəncə verilməsi ilə bağlı araşdırma aparılır - VİDEO

Siyəzən rayonu, Səttar Xeyrulla, ev 40 ünvanında yaşayan 1994-cü il təvəllüdlü Aynur Hüseynova pişiklərə işgəncə verərək onları yandırıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb. 

Bildirilir ki, sözügedən ünvanda yaşayan qadın pişiklərə xəsarət yetirərək onların fotolarını sosial şəbəkələrdə paylaşıb və yardım adı ilə ianə toplayıb.  

Hadisə yerinə yollanan heyvansevərlər ümumilikdə 25 pişiyi xilas edə biliblər. 

Faktla bağlı hazırda araşdırma aparılır. 

 


SON XƏBƏRLƏR

19 Oktyabr 2025
18 Oktyabr 2025